Aşxabadda MDB ölkələri baş nazirlərinin şura iclasina qatılan Azərbaycanın baş naziri Novruz Məmmədov Türkmənistan prezidenti Qurbanqulu Bərdiməhəmmədovla görüşüb.
Türkmənistan KİV-lərinin yaydığı məlumata əsasən, görüşdə müzakirə olunan məsələlərdən biridə türkmən qazının Avropaya tranzit nəqli olub.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Türlkmənistan qədim İpək yolunda yerləşən, neft və qaz ehtiyantları ilə zəngin olan ölkələrdir. Əlverişlı coğrafi vəziyyət, Xəzərdəki dəniz limanları, nəqliyyat və loqistika infrastrukturunun inkişaf etdirilməsi, “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit dəhlizlərinin reallaşması iki ölkə üçün ticarət və energetika sahələrində effektiv əməkdaşlıq imkanları yaradır.
Türkmənistan prezidenti xüsusi qeyd edib ki, ölkələr arasında əməkdaşlıq iki xalqın qədim dostluq və qardaşlıq ənənəsinə arxalanıb.
Görüşdə həmçinin Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da iştirak edib.