Bu qurum Vergilər Nazirliyinin tərkibinə verildi - SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |    

Bu qurum Vergilər Nazirliyinin tərkibinə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Vergilər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin həmin Nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması təmin edilməlidir.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 444 30.05.19 16:11