Futbol matçlarında beyin silkələnməsinə görə əlavə əvəzetmə ola bilər » Median.Az News Agency


Futbol matçlarında beyin silkələnməsinə görə əlavə əvəzetmə ola bilər
Qadınlar arasında 2021-ci il UEFA Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadion bəlli olub.

Median.Az xəbər verir ki, bu barədə qurumun Bakıda keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Matç İsveçin Höteborq şəhərindəki "Qamla Ullevi" stadionunda baş tutacaq. Toplantıda həmçinin futbol matçlarında beyin silkələnməsi zamanı əlavə əvəzetmənin mümkünlüyü müzakirə olunub və oyun qaydalarında müvafiq dəyişiklik üçün FIFA-ya müraciət etdilməsi qərara alınıb.

İclasda İpsaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales UEFA-nın vitse-prezidenti təyin olunub. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrae isə UEFA-nın 2020-ci ildə keçiriləcək konqressinə qədər FIFA Şurasına avropalı üzvü olacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbət iclası bu il sentyarın 24-də Sloveniyanın paytaxtı Lyublyanada olacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          554 29.05.19 23:00