Azarkeşlərin daşınması üçün 450 xüsusi avtobus fəaliyyət göstərəcək » Median.Az News Agency


Azarkeşlərin daşınması üçün 450 xüsusi avtobus fəaliyyət göstərəcək
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Median.Az
-ın məlumatına görə, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə ümumilikdə 450 avtobus fəaliyyət göstərəcək.

O cümlədən, finala bilet alan tamaşaçılar Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Xatırladaq ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Final qarşılaşmasında "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          438 29.05.19 21:50