Elektron siqaretlərin dəhşətli zərəri araşdırıldı » Median.Az News Agency


Elektron siqaretlərin dəhşətli zərəri araşdırıldı
ABŞ-ın Stanford Universitetinin Tibb fakültəsinin professoru Cozep Vunun rəhbərliyi ilə elektron siqaretlərlə bağlı araşdırma aparılıb.

Median.Az
Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mütəxəssislər qan damarı hüceyrələrinin elektron siqaret mayesinə məruz qalması nəticəsində DNT-yə böyük zərər dəydiyini və hüceyrə ölümü baş verdiyini bildiriblər. Araşdırma zamanı müəyyən edilib ki, elektron siqaretlərin tərkibinə vurulan dadverici mayelərin müxtəlifliyindən asılı olaraq DNT-yə də müxtəlif zərər dəyir.

Belə ki, darçınlı və mentollu mayelər ürək sağlamlığı üçün birbaşa zərbədir.

"Bu günə qədər bu mayelərin hüceyrələrə necə təsir etməsi barədə məlumatlı deyildik. Bu araşdırmalar göstərdi ki, elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz alternativi deyil" - deyə professor Cozep Vu bildirib.

Mütəxəssislərə görə, ənənəvi siqaret çəkən zaman insan nə qədər siqaret çəkdiyini bilir. Ancaq elektron siqaretlər aldadıcı ola bilir. Belə ki, çox qısa bir zaman müddətində özünüzü böyük miqdarda nikotinə məruz qoya bilərsiniz.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          675 29.05.19 21:43