Sergey Strokanın replikası: Bakı ətrafındakı qeyri-futbol oyunları – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Sergey Strokanın replikası: Bakı ətrafındakı qeyri-futbol oyunları – VİDEO

Siyasi şərhçi Sergey Strokan “Moskva-Bakı” portalı üçün İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının finalında iştirak etməməsi məsələsini şərh edib.

Mxitaryanın karyerası ərzində Azərbaycan klublarının iştirakı ilə keçirilən Avropa kuboku oyunlarını buraxdığını xatırladan Strokan futbolçunun mayın 29-da Bakıda keçiriləcək oyuna gəlməməsinin arxasında Ermənistan Xarici İşlər Nazirliyinin tövsiyələrinin gizləndiyinə işarə edərək Yerevanın Azərbaycanının hansısa siyasi dividendlər qazana biləcəyindən ehtiyat etdiyini qeyd edib.

O bildirib ki, rəsmi Bakının Mxitaryana təhlükəsizlik təminatı verməsinə rəğmən, erməni şərhçiləri və azarkeşləri internet səhifələrində futbolçunun Azərbaycana getməsinə qarşı çıxır, onu bu cür riskə atmağın yolverilməz olduğunu bildirir. Fikirlərinə davam edən Strokan qeyd edib ki, Mxitaryan ətrafında ajiotajın davam etdiyi bir vaxtda Bakıya aerobika çempionatına Canazayanlar (qardaş və bacı) gəlib və səfərlərindən məmnun qalıblar.

Strokan rusiyalı idman şərhçisi Vasili Utkinin Avropa Liqasının finalına getməyəcəyi ilə bağlı bəyanatını da unutmayıb. O, Utkinin internetdə Mxitaryanla bağlı şərhinin məntiqdən uzaq olduğuna işarə edərək bu cızma-qaranın Mxitaryanın Bakıya gəlməməsi məsələsində paranoyanın səviyyəsini göstərdiyini vurğulayıb.

“Gəlin təsəvvür edək ki, Bakıda kimsə Henrix Mxitaryanı sevməsə belə, Azərbaycan tərəfi təhlükəsizliklə bağlı səhvə yol verərmi?” deyən Strokan qeyd edib ki, istənilən xırda insident mətbuat tərəfindən yayılaraq Azərbaycanın imicinə ciddi təsir göstərə bilərdi.

Siyasi şərhçi “Borussiya”nın baş məşqçisi Yurqen Kloppun Avropa Liqası finalının Bakıda keçirilməsi ilə bağlı dediklərinə də toxunub. O, Kloppun Bakıya necə getməyinin bilməməsinə təəccüblənərək bu cür “fikirləri” səsləndirməkdən öncə məşqçinin nə yediyi, nə içdiyi sualının ortaya çıxdığını bildirir:

“Ötən il Rusiyada futbol üzrə çempionat keçiriləndə, Britaniya mətbuatı yazırdı ki, Moskva küçələrində az qala ayılar gəzir. Belə halda Yurqen Kloppun Bakının harada yerləşdiyini və oraya təyyarələrin uçduğunu bilməməsinə təəccüblənmək lazım deyil”.

Stroqan Azərbaycan tərəfinin Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak etməsi üçün əlindən gələni etdiyini, lakin buna qarşı olanların belə futbolun onlara lazım olmadığını göstərdiyini, üstəlik əslində futbolun onlar üçün maraqlı olmadığını sübut etdiklərini vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 388 25.05.19 21:50