Gənclərin layihələrinə 50 min manatadək kredit ayrılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Gənclərin layihələrinə 50 min manatadək kredit ayrılacaq

Xaricdə təhsil almaq istəyən tələbələrin seçilməsi tam şəffaf şəkildə olacaq. Seçim meyarları Gənclər Fondunun səhifəsində öz əksini tapıb. Bütün müsabiqə videoçəkilişlə müşahidə olunacaq.

Bunu oxu.az-a açıqlamasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, tələbələrin seçimləri aparılan zaman şəffaflığın daha da artırılması üçün müvafiq dövlət qurumlarından, Qeyri-Hökumət Təşkilatlarından, ictimai sektordan nümayəndələr dəvət ediləcək:

“Xaricdə təhsil üçün müsabiqə çərçivəsində maliyyələşdiriləcək şəxslərin sayını demək çətindir. Çünki müxtəlif ölkələrdə təhsil haqlarının miqdarı fərqlidir. İxtisasların seçimi isə ölkədə hansı ixtisasa təlabat varsa, ona uyğun həyata keçirilib.

Bununla bağlı Nazirlər Kabinetinin vasitəsilə dövlət qurumlarına müraciət ünvanlanıb və növbəti illər üçün ehtiyac duyulan ixtisasların salınması xahiş olunub. Burada təhsil, kənd təsərrüfatı, İKT, humanitar, sosial, incəsənət və digər sahələrin adını çəkmək olar. Ekspertlər ümumi rəy verdikdən sonra gənclər seçiləcək”.

Fərid Cəfərov gələn ildən başlayaraq, Fond tərəfindən kreditlərin verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsindən danışıb:

“Ötən il prezident İlham Əliyev tərəfindən imzalanan Nizamnaməyə uğun olaraq Fondun qarşısında bir sıra istiqamətlər qoyulub. Burada gənclərin təsis etdiyi hüquqi şəxslərin innovativ layihələrinin kredit şəklində maliyyələşdirilməsi də daxildir. Bu istiqamət üzrə fond tərəfindən bank və bank olmayan kredit təşkilatlatı ilə danışıqlar aparılır.

Növbəti ildən bu istiqamətdə maliyyələşmə olacaq. Burada üç tip - kiçik, orta, böyük məbləğdə kredit təklif olunur. Bu imkanlardan 18-29 yaşlı Azərbaycan vətəndaşları yararlana biləcək. Kreditlər minimum 1000 manat, maksimum kreditlər isə 50 min manat təşkil edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 237 25.05.19 17:49