Qəbirstanlığda bibisini zorlayıb, öldürən şəxs 19 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qəbirstanlığda bibisini zorlayıb, öldürən şəxs 19 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Mişi Migirovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proses başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il aprelin 17-də Mişi Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı Quba şəhərinin "Qırmızı qəsəbəsi"ndə "Yəhudi qəbiristanlığı"na aparıb. Taksi sürücüsünə onları 10 dəqiqə gözləmələrini tapşırıb, yaşlı, xəstə bibisi ilə birgə məzarlığa doğru addımlayıb. Sərxoş vəziyyətdə qardaşı Raxamin Migirovun məzarı önündə dayanan Mişi elə orada bibisinə yumruqla çoxsaylı zərbələr endirib, daha sonra isə qadını zorlayıb. Bir saata yaxın qəbirstanlığın önündə gözləyən taksi sürücüsü onların qayıtmadıqlarını görüb və ərazidən keçən post patrul xidmətinin (PPX) əməkdaşına bu barədə məlumat verib. Taksi sürücüsü polislə birgə qəbiristanlıqda Mişi ilə bibisini axtarıblar. Nəhayət, onları yarıçılpaq vəziyyətdə qəbirlərin arasından tapıblar. M.Migirovu polis şöbəsinə, zərbələrin təsirindən yerdə zarıyan qadını isə xəstəxanaya çatdırıblar. 87 yaşlı Ş.Sumxayeva aldığı xəsarətlərdən səhərisi gün elə Mərkəzi rayon xəstəxanasıda dünyasını dəyişib.

Məlum olub ki, 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu kəndə qayıdan M.Migirov spirtli içki aludəçisi olduğundan, sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, M.Migirov ittiham üzrə özünü təqsirli bilməyib, bibisini zorlamadığını və onu öldürmədiyini qeyd edib.

Bu gün keçirilən prosesdə prokuror çıxışında M.Migirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 835 25.05.19 14:54