Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |    

Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə

Bakının Binəqədi rayonunda növbəti qətl hadisəsi törədilib. Cinayət qurbanı 47 yaşlı kişidir.

Bu haqda oxu.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 24-ə keçən gecə törədilib. Təxminən 08:00 radələrində Koroğlu Rəhimov küçəsində fəaliyyət göstərən kafenin icarədarı Naxçıvanın Şərur rayon sakini Sadıqov Zahid Yaqub oğlunun meyiti tapılıb.

Patoloqoanatomlar qurbanın baş nahiyəsində şüşə əşya ilə endirilmiş zərbələr nəticəsində meydana gələn kəsici yaralar, boyun nayihəsində isə əllə boğma nəticəsində meydana gələn stranqulasiya şırımı aşkarlayıb.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində rayonun 5-ci polis bölməsinin əməkdaşları kafenin başqa işçisi, 21 yaşlı Laçın rayon sakini Hüseynov Əmrah Xəyal oğlunu saxlayıb.

İlkin dindirilmə zaman A.Hüseynov deyib ki, onunla Z.Sadıqov arasında kimin qabları yumalı olduğu ilə bağlı mübahisə düşüb. Heç bir tərəf güzəştə getməyib və tezliklə mübahisə davaya çevrilərək, faciəvi şəkildə başa çatıb. Ə.Hüseynov K.Saqıqovu boğaraq öldürüb.

Fakt üzrə cinayət işi açılıb, istintaq Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, mayın 24-nə keçən gecə həmin rayonda başqa bir qətl hadisəsi də qeydə alınıb. 59 yaşlı Xələfov Şamil Şəristan oğlu qaldığı evdə yatan vəziyyətdə qətlə yetirilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 715 25.05.19 13:52