Avropa Liqasının finalı: Siyasi yox, idman sürprizləri gözləntisində » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |    

Avropa Liqasının finalı: Siyasi yox, idman sürprizləri gözləntisində

UEFA Avropa Liqasının finalında ilk dəfə olaraq London derbisinə sayılı günlər qalıb. Dumanlı Albionun əzəli rəqibləri “Arsenal” və “Çelsi” öz aralarında 195-ci matçı məhz Bakının “Olimpiya” stadionunda keçirəcək. “Topçular” üçün bu ilk UEFA Avropa Liqası finalıdırsa, Roman Abramoviçin komandası oyunçuları 2012/2013 mövsümündə “Queens” qrupunun məşhur “We are the champions” mahnısının sədaları altında kuboka sahib çıxıb. “Zadəganlar” həmin vaxt finalda Portuqaliyanın “Benfika” komandasına 2:1 hesablı məğlubiyyət acısı yaşatmışdı.

Həm Çempionlar Liqası, həm də Avropa Liqası finalının sırf ingilis qarşıdurması olacağı faktı özü də bir istisnadır, buna qədər belə bir vəziyyət olmayıb. Komandanın qələbə şanslarını qiymətləndirmək, final matçı ilə bağlı proqnozlar vermək əvəzinə, maraqlı dairələr KİV vasitəsilə “Arsenal”da çıxış edən Henrix Mxitaryanın “ölümcül” küskünlüyü və problemli komplekslərini tirajlayır.

Erməni yarımmüdafiəçi yalan şərtiliyi bir kənara qoyub, əsas diqqətini futbol sənətinə yönəltmək əvəzinə, komandasına çempionluq arzusunu gerçkəşdirməkdə kömək etmək yerinə, erməni lobbisinin oyununa gedir... Eybi yox. Özü və ya özləri bilər. Britaniya və Qərb KİV bu məsələni həddindən artıq şişirdib. Məsələ ifrat dərəcədə siyasiləşdirilir. Bu mövzu artıq “çeynənilib, udulub və həzm edilib”. Ancaq Azərbaycanın Mxitaryanın Bakı səfəri üçün verdiyi təhlükəsizliklə bağlı zəmanətlərə rəğmən mövzunu yenidən gündəmə gətirirlər, bundan hay-həşir salmaq üçün bir növ bəhanə kimi istifadə edirlər. Bütün bunlar hakim Canluki Rokkinin final fitindən sonra başa çatacaq və unudulacaq.

Bu və ya digər idman turnirinə, final qarşılaşması, dünya və ya kontinental səviyyəli çempionat, həm də Olimpiya oyunlarına ev sahibliyi edən ölkəyə basqılar əvvəllər də müşahidə olunub. Hər zaman iri miqyaslı tədbirlərin ərəfəsində siyasət mədəniyyət, incəsənət və idmanı sıxma-boğmaya salmağa çalışır. Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in təxirə salınması ilə bağlı çağırışları yəqin çoxlarınız xatırlayırsınız. Ancaq dünya birinciliyi gözlənilməz sürprizlərlə zəngin oldu. Söhbət siyasi yox, idman sürprizlərindən gedir.

Gəlin qayıdaq “siyasi çəkişmənin” əsl səbəbinə. “Çelsi” ilə “Arsenal” arasında keçirilmiş 194 oyundan 75-də “topçular” qələbə sevinci yaşayıb. Abramoviçin komandası isə 62 matçda üstün tərəf olub. Qol nisbəti “Arsenal”ın xeyrinə 271-256-ya bərabərdir.

Komandaların son 24 ay ərzində keçirdiyi 11 oyuna gəlincə, onlardan beşi bərabərliyə qalıb, üç dəfə “Çelsi”, üç dəfə “Arsenal” qalib gəlib. Qol statistikasına gəlincə, “Çelsi” rəqibinin qapıçısını 15 dəfə məyus edib, öz qapısında isə 12 top görüb.

Avropa Liqasında bu iki London klubunun yolları artıq bir dəfə kəsişib. Söhbət 2003/2004 mövsümünün dörddə bir final oyunundan gedir. Həmin vaxt iki oyunun toplam nəticəsinə görə “Çelsi” üstün olub: Birinci matç 1:1 başa çatıb, ikincidə “Çelsi” 2:1 hesabı ilə qələbə qazanıb.

Ümumi götürəndə “Arsenal” Avrokuboklarda ingilis komandalarına qarşı zəif oynayır. Həmyerliləri üzərində bir qələbəsi belə yoxdur. “Topçular”ın aktivində altı matçda iki heç-heçə və dörd məğlubiyyət var. “Liverpul” və “Mançester Yunayted”ə qarşı son iki oyunu (Avrokuboklarda) “Arsenal” məğlubiyyət acısı yaşayıb. Ancaq bu dəfə hər şey fərqli ola bilər. Belə ki, hazırda “Arsenal”ın başında 2014-2016-cı illərdə “Sevilya” ilə ardıcıl üç dəfə Avropa Liqası çempionluğunu yaşamış Unai Emeri durur. Üstəlik “topçular” Avropa Liqasında keçirdiyi son beş oyunda yalnız qələbə qazanaraq, klub rekordunu yeniləyib. Bundan əvvəlki rekordu ardıcıl 3 qələbə idi.

Ancaq əlbəttə ki, “zadəganlar”ın nailiyyətləri daha yüksək təəsürat doğurur. Komanda cari Avropa Liqası mövsümündə bir oyunda belə uduzmayıb. Abramoviçin komandası 11 matçda qalib olub, 3 oyunda heç-heçə edib. Bukmeyker kontorları məhz “Çelsi”ni Bakı finalının favoriti görür.

Yeri gəlmişkən, Bakı finalında canlı əfsanə olan qapıçı Peter Çex idman karyerasını başa vuracaq. Avropa Liqasının həlledici oyunu həm də bununla əlamətdar olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 059 25.05.19 13:46