Bu meyvələri almayın! - Ekspertdən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Bu meyvələri almayın! - Ekspertdən XƏBƏRDARLIQ

Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.

Median.Az
xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:

"Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.

Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.

Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.

Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir".

Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:

"Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.

Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur".

A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:

"Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 996 24.05.19 22:16