Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb

Qazaxıstanın Milli Bankı Vahid Təqaüd Yığım Fondunun (VTYF) investisiya portfelində olan Azərbaycan dövlət istiqrazlarının qalan hissəsini satıb.

Bu barədə fondun saytında mayın 24-də dərc olunan hesabatda qeyd olunur.

Mart yekunlarına görə, VTYF sərəncamında Azərbaycana aid 54 milyard (244,4 milyon manat –red.) tenge məbləğində dövlət istiqrazı olub. Bütün istiqrazlar aprel ayı ərzində satılıb.

Qeyd edək ki, Qazaxıstan Azərbaycan Beynəlxalq Bankının istiqrazları əvəzinə Azərbaycan dövlət istiqrazlarını əldə etdikdən sonra onları satmağa başlayıb.

VTYF 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankının 250 milyon dollar məbləğində istiqrazını almışdı.

2017-ci ilin sentyabr ayında fond onları ölkənin dövlət istiqrazlarına dəyişib. Mübadilə Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyası çərçivəsində baş tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 312 24.05.19 16:24