Roman Abramoviç Bakıya gəlir » Median.Az News Agency


Roman Abramoviç Bakıya gəlir
“Çelsi” klubunun sahibi milyarder Roman Abramoviç Avropa Liqasının finalını izləmək üçün gələn həftə Bakıya səfər edəcək.

Bu barədə “The Sun” yazır.

Nəşr bildirir ki, R.Abramoviç Britaniya vizası ilə bağlı problemlərə görə uzun müddətdir ki, klubun oyunlarında iştirak edə bilmir.

Ancaq milyarder artıq İsrail vətəndaşlığını qəbul edib və Azərbaycanda “Arsenal”a qarşı final matçını seyr edəcəyinə ümid edir.

“The Sun” nəşrinin yazdığına görə, onun matçda iştirakı həm də ona görə vacibdir ki, Bakı finalı Eden Azarın “zadəganlar”ın heyətində son matçı ola bilər. Eden Azarın 90 milyon dollara “Real”a keçəcəyi gözlənilir.

“Bunu həm də “Çelsi” klubuna böyük dəstək kimi qələmə vermək olar, bir növ rusiyalı oliqarxın hələ də kluba sadiq qaldığının ictimai nümayişi olacaq”, - deyə nəşr qeyd edir.

Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda baş tutacaq. Matç 23:00-da start götürəcək.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 032 24.05.19 11:38