LED lampaların mavi işığı gözlərə ziyan verir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

LED lampaların mavi işığı gözlərə ziyan verir

Fransa hökuməti tərəfindən həyata keçirilən sağlamlıq araşdırmalarına görə güclü LED lampalar qalıcı olaraq torlu-qişa ziyanı yarada bilir və təbii yuxu nizamını pozur.

Median.Az
deyerler.org-a istinadən bildirir ki, Fransız Qida, Ətraf və İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyi (ANSES) güclü LED işıqlarının foto-toksik olduğu mövzusunda xəbərdar etdi. Təşkilatın hazırladığı 400 səhifəlik hesabatda led işıqların geridönməz proseslə torlu-qişa hüceyrəsi itkisinə gətirib çıxararaq korluğa yol aça biləcəyinə dair hesabat nəşr etdi. ANSES səlahiyyətliləri LED işığı istifadəsini yenidən nəzərdən keçirmək üçün israr edir. Çünki yüksək miqdarlarda mavi işıq yayılır. LED telefon, planşet və noutbukların göz ziyanı riski meydana gətirmədiyini, lakin avtomobil ön faralarında istifadə edilən güclü lampaların ziyana səbəb ola biləcəyini ifadə edilir.

Daha uzun ömürlü, enerji məhsuldarlığına sahib LED texnologiyası bazarın 50%-nə hakimdir və gələn il 60%-nə hakim olacağı düşünülür. Parlaqlıq baxımından LED lampalar, digər lampalara görə 1/5 elektrik istifadə edərək eyni parlaqlığı verə bilir.

Adətən LED evlərdə və küçə işıqlandırmada, ofislərdə, mağazalarda və çox yerdə istifadə edilə bilir. Bundan əlavə, avtomobil faralarında, fənərlərdə və bəzi oyuncaqlarda istifadə edilə bilir. Əl telefonu, planşet və noutbuklardakı işığın adətən göz ziyanına səbəb olmadığı, lakin gecə və qaranlıqda istifadə edilməsinin bioloji saatı poza biləcəyi və dolayısı ilə yuxu nizamını poza biləcəyini ifadə edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 490 23.05.19 23:23