Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi

2017-ci ildə “Ford Sollers” müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub.

“İnterfax” xəbər verir ki, o, “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib.

“Sollers” şirkətinin nümayəndəsi bu məlumatı təsdiqləyib və bildirib ki, A.Şirinov “Ford Sollers”in rəhbərliyində qalacaq:

“Şirinovun yeni vəzifəsində əsas tapşırığı “UAZ”ın təsdiq edilmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazar borcunu artırmaq və təchizatçıların ümumi paneli yaratmaq, eləcə də, satış sahəsində sinerji yaratmaq və diller şəbəkəsini qurmaqdır”.

Nümayəndənin sözlərinə görə, A.Şirinov Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir.

“Şübhə etmirəm ki, zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarını və səmərəsini artıracaq”, - o qeyd edib.

Xatırladaq ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var. O, 1990-cı ildən avtomobil sənayesində çalışıb. A.Şirinov “RusPromAvto” şirkətində baş direktorun müavini vəzifəsində çalışıb. 1999-cu ildə o, “Ford Motor Company” şirkətinə keçib və burada Vsevolozhsk şəhərindəki sənaye sahəsini yaratmaq üçün layihəyə seçilmiş ilk əməkdaş olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 049 23.05.19 15:43