Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən mayın 5-də şəhər ərazisindəki avtomobillərin yuyulması məntəqəsindən su nasosu oğurlayan Gəncə şəhər sakini Ş.İbrahimov saxlanılıb.

Araşdırma zamanı, onun fevralın 22-dən mayın 2-dək olan müddətdə “İsuzu” və “VAZ-2106” markalı avtomobillərdən akkumulyator, 1 yardımçı təsərrüfatdan məişət əşyaları,
1 həyətyanı sahədən isə velosiped oğurlaması məlum olub.

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-dən mayın 6-dək olan müddətdə 1 evdən, 3 avtomobildən akkumulyator və məişət əşyası oğurlayan, habelə şəhər sakini Y.Həsənova qarşı dələduzluq edən Gəncə şəhər sakini T.İsmayılov saxlanılıb.

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən martın 13-də şəhər ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlayan Gəncə şəhər sakini R.Tağıyev saxlanılıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də şəhər ərazisindəki evdən 1000 manat və 2270 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan qonşusu Ş.Quliyeva saxlanılıb.

Nizami RPİ-nin əməkdaşları tərəfindən aprelin 30-da şəhər ərazisindəki mağazadan pul və kompyuter oğurlayan Gəncə şəhər sakini olan yeniyetmə saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq gedir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 883 23.05.19 12:06