XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |    

XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

XX əsrin ən zəngin insanlarından sayılan Con Rokfeller hazırda 117 milyard dollarlıq varidatı olan “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdan üç dəfə zəngin olub.

Bu barədə “Bloomberg” yazır.

Materialın müəllifləri dünya tarixinin müxtəlif dövrlərində mövcud olmuş qiymətlər və pul dəyərlərini müqayisə etməyə imkan verən metodika yaradıb. Rokfeller 1937-ci ildə 1,5 milyard dollar varidata malik idi. İnflyasiya səviyyəsi nəzərə alınsa, onun aktivləri indiki zamanla 26 milyard dollara yaxın olub.

Habelə araşdırmanın müəllifləri başqa yanaşma tətbiq edib. Onlar Rokfellerin aktivlərinin həmin dövrdə ABŞ-ın ümumidaxili məhsulunun 1,6 faizini təşkil etdiyini nəzərə alaraq, bu rəqəmi müasir şərtlərlə müqayisə edib. Beləcə, neft maqnatının Bezosdan üç dəfə daha varlı olduğu müəyyən edilib.

Bundan başqa, ötən əsrin poladtökmə maqnatı Endrü Karneqi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsdən (müvafiq olaraq 321 milyard dollar, 213 milyard dollar), dəmiryolları maqnatı Kornelius Vanderbilt isə “Berkshire Hathaway” təsisçisi Uorren Baffetdən (müvafiq olaraq 238 milyard dollar, 93 milyard dollar) daha zəngin olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            843 22.05.19 19:01