Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı | 13:11 Peruda güclü zəlzələ oldu | 13:03 Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı | 22:54 Zirədə evlərdən oğurluq edən yeznə-qayın 5,5 il həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

22.05.2019 16:37 4 255
Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər
İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqor yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib.

Bu barədə Bjpenn.com yazır.

Nurməhəmmədovla Makqreqor arasında ilk döyüş oktyabrın 6-da Las-Veqasda keçirilmiş və dördüncü raundda rusiyalının danılmaz qələbəsi ilə başa çatmışdı. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşmüşdü.

Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyərək, altı ay müddətinə diskvalifikasiya etmişdi. Rusiyalı idmançı isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılmış və yarım milyon dollar məbləğində cərimələnmişdi.

“Onu təbrik edirəm, həmin matçı qazanıb, görək növbəti dəfə necə olacaq. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Hər halda bu idmandır, qəddar idman növü olsa da, idmandır. Ona hörmət edirəm, həmin döyüş axşamı mən məğlub olmuşdum”, - deyə Makqreqor bildirib.

Son xəbərlər