“Zara”dan soyunub-geyinmə otağının kameraya çəkilməsi xəbərinə AÇIQLAMA - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Zara”dan soyunub-geyinmə otağının kameraya çəkilməsi xəbərinə AÇIQLAMA - YENİLƏNİB

Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılması ilə bağlı şirkətdən açıqlama verilib.

“Zara” mağazalar şəbəkəsinin rəsmisi Mətin Nurullayevin verdiyi məlumata görə, kameralar təhlükəsizliyin təmin edilməsilə əlaqədar quraşdırlıb.

Şirkətin mövqeyini olduğu kimi təqdim edirik:

“Yayımladığınız xəbərlə əlaqədar olaraq bildirmək istəyirik ki, şirkətin ZARA mağazalarında yerləşən, geyinib-soyunma otaqlarının yaxınlığında yerləşən nəzarət kameraları sırf mağazaların təhlükəsizliyinin təmin edilməsi üçün quraşdırılıb. Bu kameralar yalnız mağaza daxilində yerin, koridorların və giriş-çıxış zonalarının görüntülərini əhatə edir və mağazalardakı geyinib-soyunma otaqlarının (kabinələrinin) içini çəkmir”. //Baku.ws

***11.10

Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.

Bu barədə Bakı sakini Xədicə Kərimova şikayətində bildirib.

Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

“Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı “Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.//Baku.ws

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 816 22.05.19 19:49