46 il günahsız yerə cəza çəkmiş amerikalıya 1,5 milyon ödəniləcək » Median.Az News Agency


46 il günahsız yerə cəza çəkmiş amerikalıya 1,5 milyon ödəniləcək
Miçiqan ştatının rəhbərliyi 46 il günahsız yerə həbsdə qalmış Riçard Fillipsə 1,5 milyon dollar ödəməyə qərar verib. Pullar keçmiş məhbusun hesabına yarı-yarı olmaqla iki dəfə köçürüləcək.

Fillips hazırda incəsənətlə məşğul olur, rəsm əsərləri çəkir. Onun şəkilləri min dollardan satışa çıxarılır. Fillips bildirib ki, ona kompensasiya ödənilib-ödənilməyəcəyindən asılı olmayaraq, məsum hesab edildiyi üçün özünü yaxşı hiss edəcək.

1971-ci ildə Fillipsi qətldə ittiham edərək ömürlük həbs cəzasına məhkum ediblər. Yalnız 46 il sonra, 2018-ci ilin mart ayında Riçard Fillipsin müqəssir olmadığı sübut olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          609 21.05.19 23:54