“Formula 1”-in məşhur pilotu öldü » Median.Az News Agency


“Formula 1”-in məşhur pilotu öldü
“Formula 1”-in məşhur pilotu Niki Lauda dünyasını dəyişib. Median.Az xəbər verir ki, idmançı dünən 71 yaşında vəfat edib.

Pilot 1976-cı ildə yarışlardan birində qəza törədib. Nəticədə ağır bədən xəsarəti alıb. Qəza zamanı o həm çoxsaylı yanıq xəsarətləri alıb, həm də bir neçə bədən üzvü zədələnib. Buna baxmayaraq Niki Lauda sağ qalıb və yarışlarda iştirak etməkdə davam edib.

Qeyd edək ki, Niki Lauda idmançı kimi karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.//sputnik.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          388 21.05.19 23:40