“Tarqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA » Median.Az News Agency


“Tarqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA
Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Tarqovı”ya girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib.

İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov oxu.az-a açıqlamasında bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

“Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 276 21.05.19 16:59