Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 60 yaşdan sonra gəzməkdən daha faydalı ola biləcək 4 məşq | 17:20 28 yaşlı hüquqşünas vəfat etdi | 17:12 Dekabrda 9 gün iş olmayacaq | 17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi - FOTO

21.05.2019 11:51 5 084
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi - FOTO
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gedib, burada yaradılan şəraitlə tanış olub.

























Son xəbərlər