İran aşağı faizli uran istehsalını 4 dəfə artırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdı

İran bu gündən aşağı faizli uran istehsalını artırıb.

İranım Tasnim agentliyinin məlumatına görə, söhbət 3,67 faizlik uranın istehsal həcminin 4 dəfə artırılmasından gedir.

Məlumata görə, bu, sentrifuqaların sayının artırılması, faiz dərəcəsinin artırılması və ya sentrifuqaların növünün dəyişdirilməsi anlamında deyil, mövcud vəziyyətdə uran istehsalını 4 dəfə artırmaq deməkdir. Nüvə müqaviləsinə əsasən, İran uranı yalnız 3,67% faizə qədər zənginləşdirə bilər.

Bu il mayın 8-də İran prezidenti Həsən Ruhani İranın nüvə sazişinə dair üzərinə götürdüyü öhdəlikləri dayandırdığını bəyan etdi. Tehran Arakadakı atom reaktorunun müasirləşdirilməsi və uranın zənginləşdirilməsi üzrə işlərin yenidən başladılacağı barədə bəyanat verdi.

Ötən ilin iyun ayında İran hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehinin sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.

Xatırladaq ki, bir il öncə ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdiскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 552 21.05.19 11:07