CNN finalöncəsi Bakıdan reportaj hazırladı - VİDEO » Median.Az News Agency


CNN finalöncəsi Bakıdan reportaj hazırladı - VİDEO
ABŞ-ın məşhur CNN telekanalı UEFA Avropa Liqasının final oyunu öncəsi Bakıdan reportaj hazırlayıb.

Bir dəqiqəlik reportaj zamanı Ramil Cahangirov Bakı haqqında qısa məlumat verib:

“Mən Ramil Cahangirovam. Doğma şəhərim Bakıya xoş gəlmisiniz. Çoxlarına təəccüblü gəlsə də, Bakı futbolu çox sevən bir şəhərdir. Şəhərin istənilən bucağında Bakı sakinləri futbolu izləyir. Uşaqlar hər yerdə - məhəllələrdə, həyətlərdə və parklarda futbol oynayır.

Tofiq Bəhramov Azərbaycan futbolunun ən görkəmli simalarından sayılır. Bəhramov 1966-cı il Dünya Çempionatının finalında İngiltərə və Almaniya yığmaları arasında keçirilən matçda yan hakim olub. Onun verdiyi dəqiq qərar nəticəsində ingilislər tarixlərində ilk dəfə olaraq dünya çempionu olublar. Bu stadiona məhz onun adı verilib.

Bu isə Azərbaycanın ən böyük və yeni stadionudur. Bakı Olimpiya Stadionu 2019-cu il Avropa Liqasının finalına ev sahibliyi edəcək. “Çelsi” məhz bu meydanda “Arsenal”a qarşı mübarizə aparacaq. “Çelsi”nin bu ot örtüyü üzərində oynamasını səbirsizliklə, həyəcanla gözləyirəm”.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          917 20.05.19 16:12