Eyyub Yaqubov Laçının işğalı günü konsert verdi: Xəbəri olmayıb » Median.Az News Agency


Eyyub Yaqubov Laçının işğalı günü konsert verdi: Xəbəri olmayıb
Xalq artisti Eyyub Yaqubov mayın 17-də, yəni Laçının Ermənistan tərəfindən işğalı günü İsveçdə konsert proqramı ilə çıxış edib.

Həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi sosial şəbəkə izləyiciləri tərəfindən hiddətlə qarşılanıb.

Oxu.az-ın əməkdaşı məsələ ilə bağlı Xalq artisti Eyyub Yaqubovla əlaqə saxlayıb.

Zəngə onun köməkçisi Günay xanım cavab verib:

“Məsələdən xəbərdarıq. Mayın-30-da Eyyub müəllim Azərbaycana qayıdacaq. Ondan sonra mətbuata yaşanan hadisə ilə bağlı özü geniş müsahibə verəcək.

Eyyub Yaqubovun mayın 17-sinin Laçının işğalı günü olduğundan xəbəri olmayıb”.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          985 20.05.19 12:47