Zelenski Ukrayna parlamentini buraxır – YENİLƏNİB + FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Zelenski Ukrayna parlamentini buraxır – YENİLƏNİB + FOTO/VİDEO
Ukrayna prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra etdiyi çıxışda yaxın zamanda Ali Radanı buraxacaığını elan edib. O, Ukrayna parlamentindən deputat toxunulmazlığının ləğv olunması ilə bağlı qanun qəbul etmələrini tələb edib.

Bu barədə TASS xəbər verir.

Zelenski Dövlət TƏhlükəsizlik Xidməti başçısı, Müdafiə naziri və baş prokuroru istefa verməyə səsləyib.

DTX başçısı Vasili Qritsakın artıq istefa ərizəsini təqdim etdiyi bildirilir.

* * * * *

Ukraynada prezident Vladimir Zelenskinin andiçmə mərasimi baş tutub.

Bu barədə “Radio Svoboda” məlumat yayıb.

“Mən, xalqın iradəsi ilə Ukrayna prezidenti seçilmiş Vladimir Zelenski bu ali posta ayaq basmaqla, Ukraynaya sadəqət andı içirəm.

Gördüyüm bütün işlərdə Ukrayna suverenliyi və müstəqilliyini qorumağı, vətənin manafeyini güdməyə, Ukrayna xalqının rifahının qeydinə qalmağı, vətəndaşların hüquq və azadlıqlarını qorumağı, Ukrayna konstitusiyasi və Ukrayna qanunlarının tələblərini rəhbər tutmağı, vəzifə borcumu yerinə yetirən zaman bütün həmvətənlərimin mənafeyini güdməyi, Ukraynanın dünyada nüfuzunu qaldırmağı öz öhdəmə götürürəm”, - deyə Ukraynanın yeni lideri and içib.

* * * * *

Ukrayna prezidenti seçilmiş Vladimir Zelenskinin Kiyevdə andiçmə mərasimi keçirilir.

RBK-nın məlumatına görə, inauqurasiyanın tarixi keçən həftə təyin olunub.

Tədbirdə Gürcüstan, Latviya, Litva, Estoniya və Macarıstan prezidentlərinin iştirak etdiyi bildirilir.








скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 352 20.05.19 12:31