Yağış Tovuzun bəzi kəndlərini işıqsız qoydu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Yağış Tovuzun bəzi kəndlərini işıqsız qoydu

Tovuz rayonunun bəzi kəndləri intensiv yağış səbəbindən işıqsız qalıb.

Bu barədə oxu.az-a Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, güclü külək olmasa da, intensiv yağan yağış bir çox kəndlərdə narahatlıq yaradıb:

“Dünən gecə rayon ərazisində hava yağışlı olub. Təəssüf ki, rayon ərazisində elektrik enerjisi təchizatında bir sıra problemlər var. Bununla bağlı aidiyyəti qurumlara yazılı müraciətlər olunub.

Bəzi kəndlərdə artıq müsbət dəyişikliklər müşahidə edilir. Lakin əksər kəndlərdə hələ də elektrik təchizatı sistemləri problemli olduğu üçün hava şəraiti ilə əlaqədar bəzi kəndlərdə qısamüddətli fasilələr yaranıb. Hazırda rayon ərazisində vəziyyət yaxşıdır”.

Xatırladaq ki, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü külək bir sıra regionlarda ciddi fəsadlar yaşadıb. İsmayıllı, Zaqatala, Göyçay rayonları və Gəncə şəhərində yağan dolu elektrik naqillərini sıradan çıxarıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 709 20.05.19 12:20