Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab: Şantaja əl atıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |    

Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab: Şantaja əl atıb

Ötən gün Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz aksiyası keçirib. Anasının onkoloji xəstəlikdən əziyyət çəkən T.Kərimov iddia edir ki, yaşlı qadının müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edib. O isə maddi imkanı kifayət etmədiyi üçün nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb.

Səhiyyə Nazirliyi T.Kərimovun ittihamlarına rəsmi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sözügedən şəxs iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib.

“Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb.

Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cu ilin fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator - qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub.

Xəstəyə protokol üzrə VCD (velkeyd, sikofosfan, deksametazon) kursu aparılıb, bununla yanaşı, xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir.

Protokol üzrə xəstəyə dörd kurs ambulator müalicə aparılıb. Xəstə xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib.

Şənbə günü isə nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.

Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır (hədəf terapiyası). İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur.

Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya İnstitutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 728 20.05.19 12:19