Лондон
C

Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gecə Bakı vaxtı ilə 23:00-da “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin finalı keçiriləcək. Yarışmanın ikinci yarımfinalında ölkəmizi layiqincə təmsil edib, Təl-Əviv Expo Mərkəzinin səhnəsində əsrarəngiz perfomansı ilə finala vəsiqə qazanan Çingiz Mustafayev izləyicilərinə videomüraciət ünvanlayıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, Ç.Mustafayev dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılardan ona dəstək olmalarını və səs göndərmələrini rica edib.

“Üç ay tez gəldi-keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi üç dəqiqəyə görədir. Bu üç dəqiqə gəlib-çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin”.

Qeyd edək ki, İsrailin paytaxtı Təl-Əviv şəhərində sayca 64-cü “Avroviziya-2019”un finalı saat 23:00-da İTV-də birbaşa olaraq, canlı yayımlanacaq. Çingiz Mustafayev “Truth”(Həqiqət) adlı mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq. Bukmeykerlərin verdiyi proqnozlara əsasən, Azərbaycan hazırda TOP-5-liyin beşinci pilləsində qərarlaşıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев