Narkoloji Dispanserdə gənclərdən yeni “müalicə üsulları” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Narkoloji Dispanserdə gənclərdən yeni “müalicə üsulları” - VİDEO

Narkoloji Dispanserin yeni istifadəyə verilən binasında gənclər yeni “müalicə üsullarına” əl atıblar.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə “VarYox” komandası öz saytında video yayımlayıb.

Videoda onların müalicə alanlar üçün yoqa kursları təşkil etdikləri görünür.

Pasiyentlər yoqanın onlara faydası dəydiyini, dəyişikliklər olduğunu, rahat nəfəs aldıqlarını bildiriblər.

Bundan əlavə, gənclərdən ibarət komanda maraqlananlar üçün qraffiti kursu təşkil edib. Könüllülər oxuduqları və onlara təsir göstərən kitabları burada müalicə alanlara hədiyyə ediblər.

Təşkilatçıların sözlərinə görə, tədbir həm də pasiyentlərin mənəvi dəyərlərinə diqqət yönəltmək məqsədi daşıyıb:

“Uzun müddət müalicə alan pasiyentlərin vaxtlarını ancaq palatalarda yox, onlar üçün yaradılmış məkanlarda keçirmələri, yeni bacarıqlar yoxlamaları vacibdir”.

Tədbirə həkimlər, tibb işçiləri də qoşulub.

“Nəyisə dəyişmək istəyiriksə, münasibətimizi dəyişməliyik. Onlara bizim dəstəyimiz lazımdır, onlar buna layiqdirlər” - deyə gənclər bildirib.

Daha ətraflı videoda:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 043 17.05.19 21:50