Ər doqquz aylıq hamilə arvadını bıçaqladı, uşaq öldü - YENİLƏNİB + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Ər doqquz aylıq hamilə arvadını bıçaqladı, uşaq öldü - YENİLƏNİB + VİDEO

Abşeronda əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti ağırdır.

Median.Az
-ın məlumatına görə, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub:

“Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.

01:30

Abşeron rayonunda ər hamilə həyat yoldaşını bıçaqlayıb.

Median.Az
oxu.az-a istinafən xəbər verir ki, hadisə Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib.

19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Qadın dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyindən ananın bətnindəki uşaq tələf olub.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 987 17.05.19 11:43