Oğuz sakini həyətində 3 ayı bəsləyir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Oğuz sakini həyətində 3 ayı bəsləyir - VİDEO

Oğuz sakini riskli və riskli olduğu qədər də maraqlı bir iş görür. O, həyətində 10-dək ayı yemləyir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Oğuz rayon sakini Dağlar Mehdiyev 3 ayı balasını bir necə il əvvəl taparaq saxlayıb. Heyvanlardan 1-i erkək, 2-si isə dişi olub. Onun sözlərinə görə, ayı balalarını evinə yaxın ərazidə tapıb. Həmin vaxt isə ayıların vəziyyəti heç də yaxşı olmayıb.

Dağlar Mehdiyevin sözlərinə görə, ayılara yem olaraq ancaq ləpə və ət verib. Ayıları bir müddət bəslədikdən sonra onları meşəyə buraxıb. Amma bundan sonra da erkək ayılar mütəmadi olaraq bu həyətə gəlməyə başlayıb.

Dişi ayılar bir müddət gəlməyib, amma sonralar onlar da öz balaları ilə bu həyətə gəlməyə başlayıblar.

Rayonun Xaçmaz kənd sakini, 49 yaşlı Dağlar Mehdiyevin sözlərinə görə, ayılar tez-tez həyətə gəlsələr də, heç kəsə və heç nəyə zərər vurmurlar. Hətta evin balaca sakini də ayılardan qorxmadığını deyir. Onlar ayılara maraqlı adlar da qoyub.

Dağlar Mehdiyev düşünür ki, ayılar ondan yalnız yaxşılıq gördükləri üçün ona və ailə üzvlərinə toxunmur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 260 16.05.19 23:07