“Qaynasın qazanlar!” və ya Azərbaycanda ilk Aşpazlar Çempionatı keçirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |    

“Qaynasın qazanlar!” və ya Azərbaycanda ilk Aşpazlar Çempionatı keçirilir

Azərbaycanda ilk dəfə aşpazlar arasında çempionat keçirilir.

Bakı Ekspo Mərkəzində keçirilən “World Food Azerbaijan” sərgisi çərçivəsində ilk dəfə olaraq “Chefs Cup” çempionatı keçirilir. 18 komanda Azərbaycanın ən yaxşı aşpazı adı uğrunda mübarizə aparır. Onların taleyi isə bütün dünyada tanınmış kulinariya ustadlarından ibrət hakimlər komandasının əlindədir.

Çempionatın təşkilatçıları restorator Eyvaz Hüseynov, bloqer Fərhad Aşurbəyli və baş aşpaz Orxan Muxtarovdur. Aşurbəylinin dediyinə görə, bu çempionatın əsas məqsədlərindən biri də Azərbaycanda qastro-turizmin inkişaf etdirilməsidir. Onun sözlərinə görə, məhz cavan aşpazlara daha çox təcrübə əldə etmək şansı verməklə, onlar üçün beynəlxalq çempionat və ustad dərslərinə qapı açmaqla ölkədə qastronomik turizmi olduqca irəli aparmaq olar. Təşkilatçılar çempionatı hər il keçirməyə söz veriblər.

Çempionatın əsas mükafatı isə “Qızıl Şah” kubokudur. Belə bir ad seçimi heç də təsadüfi deyil. Belə ki, yarışma Azərbaycanın dahi aşpazı və kulinariyamızın banisi hesab edilən Şahhüseyn Kərimovun şərəfinə keçirilir.//sputnk.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 215 16.05.19 21:50