Gəncədə silsilə oğurluqlar törədən 5 nəfər saxlanılıb » Median.Az News Agency


Gəncədə silsilə oğurluqlar törədən 5 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-dən 9-dək olan müddətdə rayon ərazisindəki 6 həyətyanı sahədən su çəni, inşaat materialları və təmir-tikinti alətləri oğurlayan Gəncə şəhər sakinləri T.Süleymanov, R.Məmmədov, İ.Orucov və əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-dan aprelin 30-dək olan müddətdə rayon ərazisində 1 evdən təmir-tikinti alətləri və 6 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini E.Kazımov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          454 16.05.19 17:04