Mağazaya geri qaytarılan cehizlər, borc içində boğulan gənc ailə... - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Mağazaya geri qaytarılan cehizlər, borc içində boğulan gənc ailə... - VİDEO

Toy adət ənənəsi xalqımızın ən sevimli adətlərindən biridir. “Toyunu görək”, ”toyunda oynayaq” kimi ifadələr işlədilməsi bu adətə nə qədər önəm verildiyinin göstəricisidir. Elə buna görə də insanlar toy edərkən hər şeyin ən yaxşısını etmək istəyir ki, bu da bəzən mümkün olmur. Nəticədə banklara üz tutmalı olurlar.

Median.Az
xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Əvvəllər toydan əldə olunan gəlirlə yeni cütlüklərin cehiz, avtomobil və başqa ehtiyaclarının qarşılanması mümkün olurdusa, indi yalnız restoran və müğənni xərclərini ödəmək mümkündür. Bu vəziyyətə ən çox şadlıq evlərindəki qiymətlər səbəb olur. Bu qiymətlərə görə həm məclis sahibi, həm də qonaqlar maddi çətinliklərlə üzləşirlər.

Vəkil Ehtiram Fəttayev deyir ki, kreditlə alınmış cehiz mallar mağazaya geri qaytarıla bilər:

"Cehiz əşyaları nağd şəkildə almaq imkanları olmur və həmin kreditlərin ödənişlərində gecikmələr baş verəndə, öhdəlik pozulmaları halları olan zaman artıq həmin şərti girov kimi götürülmüş məhz cehiz əşyaları üzərinə müəyyən məhdudiyyətlər, həbs qoyulur. Hətta məsələ girov əmlakların geri alınmasına qədər mübahisələndirilir".

Əlbəttə bütün bu cür xoşagəlməz hadisələrə baxmayaraq yenə də bu yolla xeyir iş edənlər yüzlərlədir. Qohum-qonşunun dilində dastan olmaq üçün nəinki kredit alan, hətta şəxsi mülkiyyətində olan əşyaları satanlar da var.

Sosioloq Rəşad Əsgərov Azərbaycanda təşkil olunan toyları festivallarla müqayisə etdi:

"Toylar sanki böyük bir festivala bizdə Azərbaycanda bənzəyir. Toylara da, məsələn 500-1000 nəfər insanı dəvət edirlər. Valideyinlər uşaqları üçün banklardan böyük kredit götürüb toy edir və sonra ömrünün axırına kimi bu krediti verməyə məcbur olurlar. Amma daha yaxşı olar ki, bu kimi israfçılıq hallarından insanlar azad olsunlar. Daha çox kiçik, yəni yaxın qohum əqraba və yaxud tanışlardan ibarət şad günləri qeyd etsinlər. Bununla da həm valideyinlərin üzərinə böyük məsuliyyət düşər, həm də övladlar xoşbəxt olarlar".

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb. Təbii ki, bütün vətəndaşlar üçün qəbul edilən, daha doğrusu, bütün vətəndaşları məmnun salacaq qaydaların müəyyən edilməsi çox çətin, bəlkə də mümkünsüzdür. Lakin yaranan problemlərdən nəticə çıxarmaq mümkündür.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 010 16.05.19 13:09