Astarada yeni çəkilən dağ yolu dağılaraq bərbad vəziyyətə düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Astarada yeni çəkilən dağ yolu dağılaraq bərbad vəziyyətə düşüb

Astarada yeni çəkilən dağ yolu bərbad vəziyyətə düşüb.

Median.Az
-ın report-a istinadən verdiyi xəbərə görə uzunluğu 5 km olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolu yeni çəkilməsinə baxmayaraq yararsız hala düşüb.

Yol ölkə başçısının 2015-ci ildə imzaladığı sərəncama əsasən əsaslı təmir olunaraq 2017-ci ilin dekabrında istifadəyə verilib. Lakin 2000 nəfərə yaxın sakinin istifadə etdiyi yolun bir neçə hissəsi dağılıb. Beləcə, uzun illər yolsuzluqdan əziyyət çəkən əhali yenidən problemlərlə üzləşib.

Hazırda yolda maşınların hərəkəti çətinləşib. Torpaq qatı sürüşərək hərəkət zolağını azaldıb. Bu isə yolda hərəkət edən nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradır. Qeyd edək ki, bu, dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yeganə yoldur.

Kənd sakinlərinin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub. Yolun dağılmasına yağan yağıntılar səbəb olsa da, sakinlər işlərin keyfiyyətsiz aparılmasından gileylənirlər. Sakinlər deyirlər ki, yolun yatağı zəifdir, buna görə də yağıntı nəticəsində erroziyaya uğrayıb. Bundan əlavə suötürücü qurğular da sıradan çıxdığından sel suları yolun üst hissəsi ilə axaraq dağıntılara səbəb olur.

Astara Rayon Siyəkü Kənd Bələdiyyəsindən vəziyyətlə bağlı aidiyyatı qurumlara məlumat verildiyi və müvafiq tədbirlərin görüləcəyi deyilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 534 15.05.19 23:50