Eldar Əzizov Rəfail Mehralıyevin səlahiyyətlərini əlindən aldı » Median.Az News Agency


Eldar Əzizov Rəfail Mehralıyevin səlahiyyətlərini əlindən aldı
Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov paytaxtın Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin səlahiyyətlərini əlindən alıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.

E.Əzizovun bu qərarı verməsinə səbəb, departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən qurma zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 167 15.05.19 16:57