Qubada avtomobil oğurlayan dəstə tutulub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qubada avtomobil oğurlayan dəstə tutulub - FOTO
Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar bu ilin aprel-may aylarında rayon ərazisində 5 avtomobil oğurlayıblar. Bundan əlavə, mayın 13-də oğurladıqları “Vaz 2109” markalı avtomobillə yol qəzası törədiblər. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Quba RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.







скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 094 15.05.19 15:33