Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Direktor bildirib ki, “ASAN Viza” daha da təkmilləşdiriləcək:

“Hazırda “ASAN Viza” sistemi ilə Azərbaycana gələn turistlərə və ölkəyə bir dəfə girmək imkanı üçün 30 günlük viza verilir. Yəni vətəndaş ölkəyə daxil olan zaman aldığı müddət ərzindəki viza ilə ikinci dəfə ölkəyə girə bilməz. Bəzən turist 30 günlük viza ilə ölkəyə gəlir, amma bir həftə qaldıqdan sonra geri qayıdır və aldığı 30 gün müddətində yenidən ölkəyə səfər edəcəyini düşünür. Amma bu belə deyil.

Turist ölkəyə yenidən gələn zaman “ASAN Viza” sistemi vasitəsilə yeni viza almalıdır. Yeni yaradılacaq çoxgirişli viza ilə turist viza üçün müraciət edən zaman 180 gün müddət veriləcək. Həmin müddətdə turist ölkəyə istənilən sayda səfər edə biləcək. Hazırda çoxgirişli vizalar üçün texniki işlər aparılır”.

Fariz Cəfərov qeyd edib ki, “ASAN Viza” rüsumu ilə bağlı Nazirlər Kabinetinə təklif verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 303 15.05.19 12:54