Kürdəmir rayonunda 12 yaşlı qızı it dişləyib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Xanım Rəfael qızı Məmmədovanı it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetməyə quduzluq əleyhinə peyvənd vurulub.