Gəncə şəhərində intihar hadisəsi baş verib.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.
1995-ci il təfəllüdlü Yusif Qasımi yaşadığı evin həyətindəki çinar ağacından özünü asıb. Onun özünə nədən qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.