Salyanda “MilliÖn”dən oğurluq edən şəxslər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |    

Salyanda “MilliÖn”dən oğurluq edən şəxslər saxlanılıb

Salyan rayonunda “MilliÖn” ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb.

Median.Az
report-a istinadən xəbər verir ki, Salyan Rayon Poliş şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini Məmmədov Elmir Rəcəbəli oğlu və Qırxçıraq kənd sakini Vəliyev Əflatun Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış "MilliÖn" ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də, cəhdləri baş tutmayıb. Onların ətrafında aparılan araşdırmalar nəticəsində Elmir Məmmədovun daha bir cinayətinin üstü açılıb. Məlum olub ki, o, bundan əvvəl - yəni fevralın 13-də həmin mağazadakı "MilliÖn"ü sındırmaq yolu ilə kassanı oğurlayıb, içindəki 3894 manat pulu götürüb. E.Məmmədov izi itirmək məqsədi ilə kassanı yaxınlıqdakı suya - axmaza atıb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Axmaza atılan kassa isə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 447 14.05.19 20:07