Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ

Ötən gün 246 nömrəli orta məktəbdə II sinif şagirdinə müəllim Pərvanə Absalamova tərəfindən kobudluq edilməsi və şagirdə fiziki güc tətbiq etməsinin video görüntüsü yayılıb.

Hadisə ilə bağlı məktəbdən reaksiya gəlib. 246 nömrəli məktəb-liseydən femida.az-a verilmiş məlumatda qeyd olunur ki, mayın 10-da məktəbin ibtidai sinif müəllimi şeir deyən uşaqların fikrini yayındıran II sinif şagidini (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) tənbeh edib. Bununla bağlı videogörüntü müəllimin özü tərəfindən yaradılmış valideyn votsap qrupuna göndərilib.

Videogörüntü valideyn tərəfindən mayın 13-də məktəb-liseyin rəhbərliyinə təqdim olunub. Məktəb-liseyin rəhbərliyi tərəfindən dərhal ibtidai sinif müəlliminin izahatı alınıb və valideynin ərizəsinə əsasən, şagirdin sinfi dəyişdirilib. Məsələ ilə bağlı müəllimə töhmət verilib.

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 356 14.05.19 15:19