“Hacı Mazan”ın qardaşı oğlu həbs edildi - İNANILMAZ SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |    

“Hacı Mazan”ın qardaşı oğlu həbs edildi - İNANILMAZ SƏBƏB

"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı oğlu həbs edilib.

Median.Az
BakuPost-a istinadən xəbər verir ki, hadisə Masallı rayonunda baş verib. İş adamının qardaşı oğlu Zeynalov Sadiq Əşrəf oğlu oğurluq etdiyinə görə tutulub.

İstintaq materiallarna görə, Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb.

Onun həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, "Hacı Mazan” son bir neçə ay ərzində qalmaqallarla gündəmə gəlib və özü barəsində də cinayət işinin istintaqı davam etdirilir. O, inşa etdiyi binanın sakini Faiq Seyfullayevin evinə hücum etməkdə və onu döyməkdə günahlandırılır.

Bir müddət əvvəl isə iş adamının oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 780 14.05.19 13:05