Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb |
Mojo.az Avto
Mojo.az Avto

Hərbi doktrina dəyişdirilməlidirmi?

14.05.2019 11:36 4 505
Hərbi doktrina dəyişdirilməlidirmi?
Məlum olduğu kimi, 2010-cu ilin 8 iyun tarixində Milli Məclisin (MM) qərarı ilə təsdiqlənən Hərbi doktrina elə həmin ilin 17 iyun tarixində imzalanaraq, hüquqi qüvvəyə minib.

Sənədə əsasən, Hərbi doktrina Azərbaycan xalqının və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Həmçinin, Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycanın mövqeyini əks etdirir.

Qeyd edək ki, Hərbi doktrinanın qəbulundan artıq 10 ilə yaxın vaxt keçir və ötən müddətdə həmin sənədə müəyyən korrektələrin edilməsi təklifləri irəli sürülüb.

Konkret olaraq, bir sıra siyasilər, millət vəkilləri Azərbaycanın işğalçı Ermənistanla yanaşı, şimaldan, cənubdan və qərbdən tez-tez təhdidlər və təzyiqlərlə üzləşdiyini bildirərək, bu sənədə bəzi dəyişikliklərin olunmasını, onun daha da sərtləşdirilməsini məqsədəuyğun hesab etdiklərini dilə gətiriblər.

Belə olan halda, adıçəkilən sənədə yaxın zamanlarda korrektələr edilməsi mümkündürmü və gözləniləndirmi?

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında deyib ki, Hərbi doktrinanın qəbulundan 10 ilə yaxın vaxt keçsə də, onun dəyişdirilməsinə, korrektəyə məruz qalmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, həmin sənəd müasir dövrün reallıqlarına və çağırışlarına tam cavab verir.

Millət vəkili qeyd edib ki, artıq təzyiqlər, təhdidlər dövrü geridə qalıb, Azərbaycan ötən illər ərzində hər bir cəhətdən güclənib və indi onunla təhdid, təzyiq dilində danışılması mümkün deyil:

“Bu baxımdan, Hərbi doktrinanın indiki reallıqda dəyişdirilməsinə və ya ona korrektlər edilməsinə elə bir zəruri ehtiyac görmürəm. Bu sənəd bütün məqamları özündə ehtiva edib, Azərbaycanın mövqeyini, baxışını ortaya qoyub. Odur ki, hələlik hansısa dəyişiklik ehtiyacı da yoxdur”.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan bütün dünyaya öz siyasətini açıqlayıb, bəyan edib.

“Fikrimcə, burada hansısa qeyri-müəyyənlik yoxdur. Birincisi, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində davranış nümayiş etdirir. İkincisi, hər zaman öz siyasətimizlə regionda sülhün, tərəqqinin inkişafına tərəfdar çıxmışıq. Üçüncüsü və ən əsası, bizim apardığımız siyasət nəinki dünyada qəbul olunmağa başlayıb, hətta əsas kimi götürülməyə zəmin yaradır.

Bu nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi şəffaf və tam açıqdır. Qeyri-müəyyən, açıq olmayan, başa düşülməyən və hiyləgər siyasət nümayiş etdirən isə, təəssüflər olsun ki, Ermənistandır”, - deyə S.Seyidov əlavə edib.

Son xəbərlər