Arvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı və... - Gədəbəydəki cinayətin təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |    

Arvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı və... - Gədəbəydəki cinayətin təfərrüatı

Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Median.Az
"ölkə.az"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 15-nə təyin olunub.

İttihama görə, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.

O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac parçası ilə döyərək, ona ağır xəsarətlər yetirib.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlviz Əsgərov həbs edilib.

İstintaq orqanı tərəfindən Əlviz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə cinayət işi açılıb.

İstintaqa ifadə verən Əlviz Əsgərov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, hadisəni qisqancliq zəminində törədib.

Əlviz Əsgərovun ifadəsinə görə, arvadının qonşusu ilə olan münasibətini öyrənib. İşi ilə əlaqədər əvvəllər kənddə gec-gec olub:

"Amma son 4 il ərzində işimdən ayrılmışdım və kəndə qayıtmışdım. Arvadımın başqa kişi ilə münasibət saxladığını eşitmişdim. Amma sübut yox idi. Bu səbəbdən 4 il onun hərəkətlərini izlədim, axırda şübhələrim və deyilənlərin doğru olduğunu öyrəndim.

Hadisə baş verən günü arvadımla mübahisə etdim. Sonra balta ilə onu vurdum. Cinayəti törədəndən sonra küçəyə çıxdım. Firudinin harada olduğunu öyrəndim. Bildim ki, meşə kənarındadır. Həmin yerə getdim. Orada Firudin ilə mübahisə etdim, yol kənarında olan ağac parçası ilə ona çoxsaylı xəsarətlər yetirdim".

Əlviz Əsgərovun sözlərinə görə, hadisə baş verən günü arvadının Firudinlə birlikdə yaxalayıb.

Qeyd edək ki, Əlviz Əsgərovun Könül Allahverdiyeva ilə olan birgə nikahlarından 4 uşaqları var.

Cinayətdə adı hallanan Firudin Məmmədov əvvəllər 4 dəfə ailə həyatı qurub, sonra da onun həmin nikahları pozulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 292 13.05.19 21:03