"Caspian Awards 2019" mükafatlandırma mərasimi baş tutdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

"Caspian Awards 2019" mükafatlandırma mərasimi baş tutdu

Uzun müddətdir maraqla gözlənilən "Caspian Awards" mükafatlandırma mərasimi baş tutdu. Park İnn oteldə gerçəkləşən möhtəşəm gala, ənənəvi qırmızı xalı mərasimi ilə başladı. İncəsənət xadimləri , görkəmli şəxslər, idmançılar, aktyorlar, iş adamları kimi nüfuzlu şəxslər gecədə iştirak edirdi. Xalı üzərindən keçən məhşurlar daha sonra təltif etmə mərasimində iştirak etdilər.

Caspian Awards mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir. Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan və daha çox izlənilən, ictimai fəaliyyəti ilə fərqlənən şəxslər təltif edildi.

"Caspian Awards" mükafatlandırma gecəsində millət vəkili Jalə Əliyeva, xalq artisti, rejissor Vaqif Əsədov, əməkdar artisti Rəşad İlyasov, TREND İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, teleaparıcılar Hacı Nuran Hüseynov və Zümrüd Bədəlova, MMA döyüşçüsü Nəriman Abbasov, şou ulduzlardan Günay İbrahimli, Oksana Rəsulova, Niyam Səlami, Dilarə Kazımova, İzzət Bağırov, Qurd və başqa tanınmış şəxslər gecədə iştirak edərək mükafatlarını əldə ediblər.

"Caspian Awards" 2019 Mükafatlandırma gecəsinin aparıcı əməkdar artist Elnur Kərimov idi. Layihənin rəhbərləri: Ayaz Məmmədov və Tural Ələkbərov

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 896 13.05.19 20:13