Deputatlardan Britaniyanın Avroliqa açıqlamasına cavab: İt hürər, karvan keçər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Deputatlardan Britaniyanın Avroliqa açıqlamasına cavab: İt hürər, karvan keçər

Azərbaycanı istəməyən qüvvələr tərəfindən belə fikirlər səsləndirilir ki, futbol üzrə Avropa Liqasının final oyununun Bakıda keçirilməsi mümkün deyil. Guya oyunçuları, yarışı izləməyə gələnləri təhlükə gözləyə bilər, Azərbaycan stabil ölkə deyil və bu baxımdan, onlar Bakıya gələ bilməzlər.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Tahir Rzayev UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid səyahət tövsiyələrinə münasibət bildirərkən deyib

Millət vəkili birmənalı şəkildə qeyd edib ki, bütün bunlar həqiqətə uyğun deyil, Azərbaycan reallıqlarını düzgün əks etdirmir:

“Çünki bu günə kimi Bakıda, Azərbaycanda bir çox mötəbər idman yarışları keçirilib və özü də çox yüksək şəkildə təşkil olunub.

Birinci Avropa Oyunları, Dördüncü İslamiada, “Formula-1” və digər beynəlxalq səviyyəli idman yarışlarına Azərbaycan çox uğurla və layiqli şəkildə ev sahibliyi edib.

Xarici idman şərhçiləri, bu yarışlara qatılan insanlar - idmançılar, turistlər bu oyunların çox yüksək səviyyədə keçirildiyini dəfələrlə vurğulayıblar, hətta təşkilatçılıq işlərinin analoqu olmadığını belə vurğulayıblar.

Ona görə də indi belə bir fikrin səslənməsi, Böyük Britaniya Xarici İşlər Nazirliyinin tövsiyələri heç bir halda düzgün deyil və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədi güdür. Bu oyun, final qarşılaşması Bakıda keçiriləcək, özü də yüksək səviyyədə baş tutacaq”.

Millət vəkili Aqil Abbas da həmkarı kimi düşünür.

“Qısaca danışacağam, it hürər, karvan keçər. Bunlar həm də birinci dəfə deyil ki baş verir?! Azərbaycana qarşı belə kampaniyalar “Avroviziya-2012”də də, İslamiada da, Birinci Avropa Oyunlarında da vardı.

Ümumiyyətlə, belə qaralama kampaniyaları hər zaman olub, var, bundan sonra da olacaq. Eləsinlər, nəyi qaralayırlar, qaralasınlar. Amma final oyunu Bakıda baş tutacaq, özü də gözəl keçiriləcək.

İnşallah, mənim fikrimcə, Məsut Özilin komandası da (“Arsenal” - K.H.) qalib gələcək. Çünki orada Məsut Özil - Azərbaycan xalqının sevimlisi oynayır”, - deyə A.Abbas bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 664 13.05.19 15:07