Bakının yeddi rayonuna yeni zibil konteynerləri qoyulub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |    

Bakının yeddi rayonuna yeni zibil konteynerləri qoyulub - FOTO

“Mott MacDonald” şirkəti ilə bağlanan müqavilə əsasında Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərinin birinci mərhələsi yekunlaşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradıldığı deyilir.

Bildirilir ki, konsepsiya çərçivəsində üç aya yaxındır ki, Bakı şəhərində işlər gedir, yeddi rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub.

Konsepsiyanın başa çatdırılması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Növbəti addımların əhali arasında maarifləndirmə işlərinin aparılması və pilot araşdırmalar olacağı qeyd olunur. Pilot araşdırmaların məqsədinin Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi və insanların yeni tullantı modelinə adaptasiyasının öyrənilməsi olduğu bildilir.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            857 13.05.19 14:07